ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 6 təmsilçisi tatamiyə çıxıb.
Yunan-Roma güləşçilərimizdən Ayxan Cavadov (63 kq), Orxan Hacıyev (87 kq), Məzaim Məmmədov (130 kq) və qadınlardan Gültəkin Şirinova (55 kq) ümidləri doğrultmayıblar.
77 kq çəki dərəcəsində yarışan Ruslan Nurullayev bürünc medal görüşünə vəsiqə qazanıb, 59 kq-da mübarizə aparan Günay Qurbanova isə finala yüksəlib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) gümüş medal qazanıb.
DÇ oktyabrın 18-də yekunlaşacaq.
Son xəbərlər
Son Xəbərlər