Xətaidə qanunsuz çıxarılan ağaclar yenidən torpağa basdırıldı - Fotolar

xetaide-qanunsuz-cixarilan-agaclar-yeniden-torpaga-basdirildi
Oxunma sayı: 1811

Xətai rayonunda bina tikmək üçün axşamlar ərazidəki ağacların çıxarılması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb. İddialarda ağacların çıxarılması ilə bağlı fotolar da öz əksini tapıb. Bildirilir ki, onlar bahalı şam ağaclarıdır. 

“Qafqazinfo” iddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib.

İcra Hakimiyyətindən saytımıza bildirilib ki, sözügedən məsələdən xəbərdardırlar. Qeyd edilib ki, həmin ağaclar naməlum şəxslər tərəfindən yerindən çıxarılıb, bununla bağlı polisə müraciət edilib.

Hazırda həmin şəxs və ya şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qurumdan verilən açıqlamada əlavə edilib ki, Xətai Rayon İcra Hakimiyyətinin gördüyü operativ tədbirlər nəticəsində ağaclar yerinə bərpa edilib.