Yanğına görə yollara qoyulan məhdudiyyət götürüldü - Yenilənib

yangina-gore-yollara-qoyulan-mehdudiyyet-goturuldu
Oxunma sayı: 5817

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.

***

NİİM-dən verilən məlumata görə, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.