Yanıq xəsarəti alan kişi xəstəxanada öldü

yaniq-xesareti-alan-kisi-xestexanada-oldu
Oxunma sayı: 512

Yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı yanıq xəsarəti alan İ.Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.

Yanğına səbəb elektrik qızdırıcısının aşması olub.