Dənizçilərin hüquqi biliklərinin artırılması məqsədilə tədbir keçirildi

denizcilerin-huquqi-biliklerinin-artirilmasi-meqsedile-tedbir-kecirildi
Oxunma sayı: 211

Xəzər Dəniz Neft Donanmasında əməkdaşların hüquqi biliklərinin artırılması məqsədilə tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi Röyal Hümbətov və baş əməliyyat müvəkkili Zöhrab Mayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Onlar dənizçilərə kibertəhlükələr, bank kartlarından vəsaitlərin oğurlanması, platforma və gəmilərdə qeydə alınan oğurluq halları, narkotik və psixotrop maddələrdən istifadənin doğurduğu hüquqi məsuliyyət, eləcə də bu kimi hüquqpozmalardan qorunma yolları barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, su polisi bu kimi tədbirləri daha əvvəl SOCAR, Kənd Təsərrüfati Nazirliyinin Su-Melorasiya İdarəsində və digər qurumlarda da həyata keçirib.

Donanma əməkdaşlarının daim xarici səfərlərdə olduqları və bu səbəbdən cinayətkarlıqla mübarizədə həssaslığın vacibliyi vurğulanıb.

İnteraktiv müzakirə şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hüquqi maarifləndirmənin əhəmiyyəti və təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.