60 yaşlı kişi kanalda batdı

60-yasli-kisi-kanalda-batdi
Oxunma sayı: 794

Ağdaş sakini kanalda boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb.

Z.Zakirovun meyiti sudan çıxarılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.