Meyiti avtomobilində tapıldı

meyiti-avtomobilinde-tapildi
Oxunma sayı: 2591

Bakıda 45 yaşlı kişi avtomobilində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, iyunun 17-si saat 01 radələrində 1981-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Zahidu Aslanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus “Mercedes” markalı avtomobildə tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.