“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

qarabag-zire-ile-qarsilasacaq
Oxunma sayı: 947

2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq görüşü keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası “Zirə” ilə qarşılaşacaq. 

Matç “Azersun Arena”nın məşq meydançasında keçiriləcək və saat 18:00-da başlayacaq.