Yasamalda qeyri-adi qəza - Video

yasamalda-qeyri-adi-qeza
Oxunma sayı: 4607

Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeyri-adi yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üstünə çıxıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.