Yaşar Babayev vəfat etdi

yasar-babayev-vefat-etdi
Oxunma sayı: 9064

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, 1966-cı ildə "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Y.Babayev 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar Babayev 1963-1971-ci illər ərzində “Neftçi”nin heyətində 219 oyunda meydana çıxıb.

Allah rəhmət eləsin!