Yay Olimpiya Oyunlarının proqramına yeni növ daxil edilə bilər

yay-olimpiya-oyunlarinin-proqramina-yeni-nov-daxil-edile-biler
Oxunma sayı: 696

Kiberidman 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu barədə 2024-cü ildə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib.

O bildirib ki, bunun üçün kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında danışıqlar aparılacaq.

Estenquet izah edib ki, belə imkandan dərhal imtina etmək istəmir, kiberidman və BOK arasında körpü qurmağa cəhd göstərməyi təklif edir.

2024-cü il Yay Olimpiya Oyunlarının proqramı 2019-cu ildə müəyyənləşdiriləcək, lakin BOK yekun qərarı Tokio-2020-dən sonra təsdiqləyəcək.