Yenidən Rusiyaya gələ bilərlər

yeniden-rusiyaya-gele-bilerler
Oxunma sayı: 214

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Birləşmiş Ştatlar liderinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri yaxın həftələrdə baş tuta bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı agentliyə diplomatik mənbə bildirib.

“Belə bir imkan var. Lakin hazırkı məqamda konkretlik və tam dəqiqlik yoxdur”, – deyə agentliyin həmsöhbəti yaxın iki həftə ərzində gözlənilən səfərlə bağlı suala cavab verərkən deyib.

Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-lərində Uitkoff və Kuşnerin yaxın iki həftə ərzində Kiyevə səfər edə biləcəyi barədə məlumatlar yayılmışdı.