443 metr yüksəkdə qanunsuz evlilik təklifi - Saxlanıldılar+Video

443-metr-yuksekde-qanunsuz-evlilik-teklifi
Oxunma sayı: 1236

“Netflix”in “Skywalkers: A Love Story” ekran işi ilə tanınan rusiyalı cütlük Ancela Nikolay və İvan Kuznetsov (İvan Beerkus) Nyu-Yorkdakı “Empire State Building”ə  qanunsuz dırmaşıb.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, onlar göydələnin zirvəsinə qədər qalxaraq üstünə “Dünya sülhü sevginin gücü hakimiyyət sevdasına qalib gələndə tanıyacaq” (“When the power of love beats the love of power, the world knows peace”) sözləri yazılmış pankart açıblar.

Daha sonra isə, İvan Kuznetsov orada Ancelaya evlilik təklifi edib.

Gənclər təhlükəli və qanunsuz aksiyaya görə saxlanılıblar.

Məlumata görə, onları qanunsuz əraziyə daxil olma, insanların həyatını təhlükəyə atma və digər ittihamlar gözləyir.

Qeyd edək ki, binanın hündürlüyü 443.2 metrdir.