Yetirmələri ilə cəbhə yoldaşı olan müəllim... - Fotolar

yetirmeleri-ile-cebhe-yoldasi-olan-muellim
Oxunma sayı: 1612

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Məhərrəm Abbasovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Məhərrəm Aydın oğlu Abbasov 1976-cı ildə anadan olub.

1982-ci ildə Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbin l sinfinə qədəm qoyan M.Abbasov 1989-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 1992-1996-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Həyatının müəyyən bir dövrünü hərbi xidmətə həsr edən M.Abbasov bu müddət ərzində bir çox Fəxri fərmanlara layiq görülüb.

İlk müəllimlik fəaliyyətinə Sumqayıt Dövlət Universitetində başlayan M.Abbasov 2019-cu ildən Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi cəbhə bölgəsinə yollanan M.Abbasov gərgin döyüşlərin getdiyi Füzuli, Cəbrayıl, Xocavənd və Laçında mühəndis xidməti üzrə rəis köməkçisi olub.

Qarabağda yetirmələri olan keçmiş şagirdləri ilə çiyin-çiyinə mübarizə aparmaqdan qürur duyan M.Abbasov bir hərbçi müəllim kimi bundan sonra da Vətənin keşiyində duran, onu göz bəbəyi kimi qoruyan gənclər yetişdirəcəyinə əmindir.