Yevlaxda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

yevlaxda-zefer-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 1782

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini və Yevlax Şəhər Şəhidlər xiyabanında canlarını ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Sonra tədbir Yevlax şəhər Heydər Əliyev Mərkəzində davam edib.

Anar Tağıyev çıxışında bayram münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Şəhər rəhbəri Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə qazandığı tarixi zəfərlə dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini bildirib: “44 günlük Vətən müharibəsi  Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla, xalqımızın qürur mənbəyidir”.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Vətən müharibəsi veteranı Aqşin Əlizadə çıxışlarında 44 günlük Vətən müharibəsindən, müharibənin gedişində yaşadıqları hisslərdən danışıblar.

Zəfər günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki Uşaq əyləncə parkında geniş konsert proqramı təşkil olunub

Konsertin sonunda atəşfəşanlıq keçirilib.