Yol polisindən sürücülərə növbəti müraciət

yol-polisinden-suruculere-novbeti-muraciet
Oxunma sayı: 316

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib.

“Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır. Bu səbəbdən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə ərazisində nəzarət və profilaktik tədbirlər davam etdirilir.

BDYPİ qeyd edir ki, təhlükəsizliyin təmin edilməsində təkcə nəzarət tədbirləri deyil, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı da mühüm rol oynayır.

Sürücülərə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, müəyyən edilmiş sürət həddinə ciddi əməl etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edirik.

Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır” - müraciətdə vurğulanıb.