Yollardakı məhdudiyyət aradan qaldırıldı - Yenilənib

yollardaki-mehdudiyyet-aradan-qaldirildi
Oxunma sayı: 3938

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Qafqazinfo”ya  bildirilib ki, hadisə ilə əlaqədar Bakının bəzi yollarına məhdudiyyət qoyulub.

Belə ki, Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq edilib.

Xatırladaq ki, bu gün səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın olub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.