Əməkdar artist Yusif Mustafayevin 70 yaşı tamam olur.
“Qafqazinfo” xəbər verir ki, Y. Mustafayev 1955-ci ildə Cəlilabadın Hacıismayıllı kəndində doğulub.
Uşaq yaşlarından musiqi ilə yaxından tanış olmağa başlayıb və 80-ci illərdən toy-şadlıq məclislərinə dəvətlər alıb. Həmin illərdən bəri xalqın ona rəğbət qazandıracağı mahnıları yazıb ifa edir.
Repertuarında xalq, bəstəkar mahnıları və muğam təsnifləri üstünlük təşkil edir.
2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.
Evlidi, 3 övladı var.
Qeyd edək ki, sənətçinin oğlu Tərlan Mustafayev də estrada mahnılarındakı ifaları ilə tanınır.

Son xəbərlər
Son Xəbərlər