İtaliya nəhəngi “Yuventus” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Matteo Moretto paylaşım edib.
Onun sözlərinə görə, Turin təmsilçisi “Atletiko Madrid”in norveçli hücumçusu Aleksander Sörlot ilə razılıq əldə edib. Mənbənin bildirdiyinə görə, iki klub arasında artıq rəsmi transfer danışıqlarına start verilib. “Yuventus” komandadan ayrılacağı gözlənilən Duşan Vlahoviçin yerini məhz norveçli hücumçu ilə doldurmağı planlaşdırır.
Qeyd edək ki, turinlilərlə İspaniya klubu arasında təkcə Aleksander Sörlotun deyil, həm də Niko Qonsalesin transferi ilə bağlı paralel olaraq gərgin danışıqlar davam edir.
Son xəbərlər
Son Xəbərlər