“Zərbələr mənim əmrimlə endirilib” - Bayden

zerbeler-menim-emrimle-endirilib
Oxunma sayı: 3573

Xəbər verdiyimiz kimi, ABŞ İraq ərazisinə hava zərbələri endirməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin yazılı bəyanatında qeyd olunub.

Bildirilib ki, fevralın 2-si günortadan sonra ABŞ Silahlı Qüvvələri Suriya, həmçinin İraqda SEPAH (İranın İslam İnqilabı Keşikçiləri Korpusu) və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərinə zərbələr endirib:

“Zərbələr mənim əmrimlə endirilib. Eyni zamanda, ABŞ İordaniyadakı silahlı qüvvələrə hücumla bağlı cavab tədbirləri görüb. İraq və Suriyaya hücumlar davam edəcək”.