Zərdab Azərbaycanda birinci oldu - Baramaçılığa görə+Fotolar

zerdab-azerbaycanda-birinci-oldu
Oxunma sayı: 3816

Artıq Azərbaycanda baramanın toplanması, demək olar ki, başa çatmaq üzrədir.

"Qafqazinfo"xəbər verir ki, bununla bağlı Zərdab rayonunda xeyli iş görülüb. Belə ki, Ən 2016-cı ildə bölgü üzrə rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılıb. Normal bəsləmə aparılaraq, nəticədə 5710 kq barama yığılaraq “Şəki-İpək” ASC-yə təhvil verilmiş və kümçülərə 45680 AZN vəsait ödənilib, 225 nəfər rayon sakini mövsümü işlərdə çalışıb.

2017-ci ildə bölgü üzrə 480 qutu (9120 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılmış, normal bəsləmə aparılmış, nəticədə 27 ton 55 kq barama tədarük olunub ki, bu da əvvəlki ilin göstəricisindən 4 dəfə çoxdur. Rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilib. Bu, respublikada ən yüksək göstəricidir. Barama qurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışmış, təhvil verilmiş baramaya görə kümçülər 243 min manat vəsait alıblar.

 2017-ci ilin avqustunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev 2018-ci ildə zərdablıların 50 ton barama təhvil verəcəyi barədə ölkə başçısı qarşısında öhdəlik götürüb.

Zərdablılar 2018-ci ildə 1300 qutu (24700 qram) barama qurdu qəbul edərək normal bəsləmə aparmış, nəticədə 53 ton 880 kq barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olub. Bu sahədə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin edilib.

Zərdab rayonunun yaxın izləyicisi Zaqatalada barama tədarükü 50 tona çatmayıb. 

Barama istehsalçıları ilə Rayon İcra Hakimiyyətində görüş keçirilərək, ən yüksək nəticə əldə etmiş baramaçılara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə prezident İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə rayonun Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermiş kümçülər barədə məlumat

1. Aslanov Namiq Nəriman oğlu 571,00

2. Məlikli Abbasov İsrayıl İsmayıl oğlu 518,00

3. Şıxbağı Xəlilov Surxay Xəlil oğlu 355,00

4. Alıcanlı Cavadov Ərşah Cavad oğlu 337,00

5. Pərvanlı Abdulov Mahmud Maqsud oğlu 330,00

6. Bıçaqçı Yusifov Çingiz Seyidağa oğlu 284,00

7. Gəlmə Ələkbərov Tural Rafael oğlu 274,00

8. Gödəkqobu İxtiyarov Kapitay Xalid oğlu 267,00

9. Əlibəyli Mikayılov İlşad Fikrət oğlu 261,00

10. Gəlmə Teymurzadə Teymur Abdul oğlu 246,00

Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermişinzibati ərazi dairəsi üzrə nümayəndəliklər barədə məlumat

1 Şıxbağı 4597,5

2 Şahhüseynli 4004

3 Bıçaqçı 3427

4 Əlvənd 3048

5 Məlikli 2904

6 Şəftəhal 2524

7 Körpükənd 2462

8 Alıcanlı 2426

9 Məmmədqasımlı 2147

10 Dəli Quşçu 1965