Zərdabda şəhid atası vəfat etdi - Foto

zerdabda-sehid-atasi-vefat-etdi
Oxunma sayı: 697

Şəhid Fərid Rüstəmovun atası Nofəl Rüstəmov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid atası bu gün səhər yaşadığı Zərdab rayonunun Gəndəbil kəndində dünyasını dəyişib.

Mərhum kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Fərid Rüstəmov DSX-nin kiçik giziri kimi 2022-ci il sentyabrın 12-si Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub. O, ölümündən sonra orden və medallarla təltif edilib.