İsa Qəmbər Türkiyəyə gedir

isa-qember-turkiyeye-gedir
Oxunma sayı: 639

Bu barədə musavat.com-a Müsavat Partiyasından məlumat veriblər. Konfrans 14-15 oktyabr tarixlərində “Kadir Has” universitetində keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət və siyasət adamlarının qatılacağı tədbirdə Müsavat başqanının məruzə ilə çıxış edəcəyi gözlənilir. Yeri gəlmişkən, bu konfransda məruzə edəcək yeganə azərbaycanlı da Müsavat başqanıdır. İsa Qəmbərin məruzəsinin mövzusu artıq konfransın proqramına da salınıb.

“Əski qonşular, güvənlik üçün yeni təhdidlər” adlanan məruzədə Müsavat başqanı Dağlıq Qarabağ problemini və regionda yaranmış vəziyyəti təhlil edəcək.

Konfransı NATO-nun da qatqısı ilə Türkiyənin nüfuzlu “ARI hərəkat”ı və Almaniyanın “Fridrix Nauman fondu” təşkil edib. Saytımızın əlində olan proqramdan görünür ki, konfransın işində Avropanın keçmiş və indiki dövlət-siyasət adamları, nəhəng media quruluşlarının təmsilçiləri ilə yanaşı, NATO-nun vəzifəli məmurları da (baş katibin müavini səviyyəsində) iştirak edəcəklər.

Müsavatdakı mənbələrin məlumatına görə, partiyanın başqanı səfər məqsədi ilə Bakıdan 13 oktyabrda ayrılacaq.