Hüseyn axtarışa verilməsindən danışdı

huseyn-axtarisa-verilmesinden-danisdi
Oxunma sayı: 6762

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda instaqram hesabında açıqlama verib.

Hüseyn vergi borcunun olmadığını deyib:

“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”.

O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.

Xatırladaq ki, H. Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.