“Real”dan əzmkar qələbə - Video

realdan-ezmkar-qelebe
Oxunma sayı: 2423

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” doğma meydanda “Malyorka”nı qəbul edib.

Gərgin keçən oyunun ilk hissəsi qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin matç “kral klubu”nun xeyrinə bitib - 2:1.

Madrid təmsilçisi bu qələbə ilə xallarının sayını 78-ə yüksəldərək “Barselona” ilə xal fərqini 4-ə endirib.

“Malyorka” isə 47 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.