Quterreş də danışıqlarda iştirak etməyəcək

quterres-de-danisiqlarda-istirak-etmeyecek
Oxunma sayı: 894

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula getməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Haq bildirib.

O vurğulayıb ki, dünya təşkilatından kimlərsə danışıqlarda iştirak edərsə, bu barədə məlumat veriləcək.

Qeyd edək ki, daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcəyini yazmışdıq.