Yannik Sinner ilə Papa arasında maraqlı dialoq - Video

yannik-sinner-ile-papa-arasinda-maraqli-dialoq
Oxunma sayı: 1632

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda italiyalı peşəkar tennisçi Yannik Sinner ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, idmançı valideynləri ilə birlikdə papanın Vatikandakı iqamətgahını ziyarət edib.

Görüşdə Yannik Sinner Roma Papasına tennis raketkası hədiyyə edib. 

O, zarafatla Papaya tennis oynamağı təklif edib. Roma Papası isə gülərək cavabında “burada olmasa daha yaxşıdı” - deyə cavab verib.

Görüntüləri təqdim edirik: