AXŞAM BAZARI! 50%-dək ENDİRİMLƏR...
“Kontakt Home” Yeni il ərəfəsində öz alıcılarına mağaza daxilində çox sadə kredit şərtləri, hədiyyəli kampaniyalar, endirimlər təklif edir. Fəaliyyət göstərdiyi müddət ərzində daim müştərilərini sevindirən “Kontakt Home” 2016-cı ildə də bu ənənəsinə sadiq qalacaq. Sərfəli qiymətlərlə məhsul satışını davam etdirəcək.
“Kontakt Home” hazırda “Mebellərdə qiymət dəyişmədi!” adlı şüarla kampaniyaya başlayıb. Belə ki, doların məzənnəsinin manata nisbətən artması mağazalar şəbəkəsinin satdığı mebellərin qiymətinə heç bir təsir etməyib. Müştərilər köhnə qiymətlərlə yeni mebellərə sahib ola biləcəklər.
Hazırda “Nağd alış zamanı – HƏDİYYƏ!” kampaniyası da keçirilir ki, aldığınız maldan 1000 manatadək HƏDİYYƏ seçimi Sizin ixtiyarınıza buraxılır! Kampaniya səhər saat 10.00-dan axsam saat 20.00-dək keçərlidir.
Axsam saat 20.00-dan sonra isə “AXŞAM BAZARI! 50%-dək ENDİRİMLƏR” kampaniyasına start verilir. Bu kampaniya çərçivəsində bütün “Kontakt Home” filiallarında seçilmiş məhsullar kifayət qədər endirimli qiymətlərlə müştərilərə təqdim olunacaq. Endirim kampaniyası yalnız 26-30 dekabr tarixlərində saat 20:00 - 23:00-dək qüvvədə olacaq və kampaniya şərtlərinə əsasən bütün növ məhsul modellərini yalnız nəğd alış zamanı endirim şərtlərilə əldə etmək mümkündür.
Kredit şərtlərinə gəlincə, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı “Kontakt Home” mağazalar şəbəkəsindən daxili kredit şərtlərilə istənilən məhsulu kreditlə əldə edə bilər.
Qeyd edək ki, “Kontakt Home” mobil telefon, elektonika, məişət texnikası və mebel satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biridir. Şəbəkə Bakı, Sumqayıt ve Gəncə şəhərində 15 multibrend mağazalar ilə təmsil olunur. Həmçinin, Samsung, Philips, Delonghi, Kenwood, Braun, Gorenje, Redmond ve digər brendlərin distribüteridir.
Bütün kompaniyalar haqqında “Kontakt Home” mağazaları, (012) 533-01-01 nömrəsilə və ya http://kontakt.az/ saytından, www.facebook.com/Kontakthome səhifəsindən də ətraflı məlumat almaq olar.