Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama

ermenistan-xin-den-sulh-sazisi-ile-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 2105

“Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında çıxışı zamanı deyib.

“Sazişin ən qısa zamanda imzalanaraq ratifikasiya olunması nəzərdən keçirilməlidir. Mən Ermənistanın gecikmədən bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm”, - o əlavə edib.