8-ci sinif şagirdini maşın vurub öldürdü

8-ci-sinif-sagirdini-masin-vurub-oldurdu
Oxunma sayı: 5423

Xaçmazda məktəblini avtomobil vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerindəcə keçinib.

Qeyd edək ki,  14 yaşlı T. Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi idi.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov