Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib

rusiyaya-qarsi-yeni-sanksiyalar-paketi-hazirlayirlar
Oxunma sayı: 929

Avropa İttifaqına üzv ölkələr bu gün ərzində Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketinin məzmununa dair ilkin razılığa gəlməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ Bloomberg” agentliyi yayıb. 

Yeni sanksiyalar paketi Rusiyanın təqribən 60 şirkət və vətəndaşının, eləcə də 150 tankerinin “qara siyahı”ya salınmasını nəzərdə tutur. 

Yeni məhdudiyyətlərin mayın 20-də təsdiq ediləcəyi gözlənilir.

***

TASS-ın məlumatına görə, Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. 

Yeni məhdudiyyətlərin mayın 20-də Aİ-yə üzv ölkələrin XİN rəhbərləri tərəfindən təsdiq ediləcəyi gözlənilir.