“Qarabağ”ın futbolçuları “Udineze”nin toplanışlarında iştirak edəcəklər

qarabagin-futbolculari-udinezenin-toplanislarinda-istirak-edecekler
Oxunma sayı: 998

“Qarabağ”ın akademiyasının futbolçuları İtaliyanın köklü klublarından “Udineze” düşərgəsində toplanış keçəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, razılaşmaya əsasən, “Qarabağ” FK Akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər.

Klublar arasında bu əməkdaşlıq klubun prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü ilə baş tutub. 

Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və “Qarabağ”ın akademiyasının üzvləri İtaliyaya yollanacaq. 

Gələcəkdə klubun məşqçiləri də “Udineze”nin düşərgəsinə yollanacaq.