Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü

bigirda-daha-bir-nefer-agacdan-yixilib-oldu
Oxunma sayı: 1311

Göyçay rayonunun Bığır kəndinda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.

O, dünən yaşadığı evdə ölüb.

Qeyd edək ki, mayın 11-də də Göyçayın Bığır kəndində oxşar hadisə baş vermişdi. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü.

Hər iki faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.