Qubada fəhlələri cərəyan vurdu - Biri öldü, digəri xəstəxanadadır-Yenilənib

qubada-fehleleri-cereyan-vurdu
Oxunma sayı: 1819

Quba rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 13-ü saat 18 radələrində Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən orada işləyənləri elektrik cərəyanı vurub.

Belə ki, paytaxt sakini Xanlar Paşayevin idarə etdiyi “Mercedes” markalı 99-BS-280 nömrə nişanlı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.

Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri - 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, mayın 13-də Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində elektrik cərəyanı vurması nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyevin ölməsi, 2001-ci il təvəllüdlü Şəmistan Yusubovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.