Ər-Riyadda tarixi görüş - Fotolar - Yenilənib

er-riyadda-tarixi-gorus
Oxunma sayı: 9574

ABŞ Prezidenti Donald Trampla Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa (Culani) arasında görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb. 

Bildirilib ki, görüş hər iki ölkə liderinin səfərdə olduğu Ər-Riyadda baş tutur.

***

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Əhməd əl-Şaraa görüş keçirir.

Türkiyə lideri görüşə telefon bağlantısı vasitəsilə qoşulub.

***

Ərdoğan görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaların ləğv edilməsi barədə qərarının tarixi əhəmiyyət daşıdığını bildirib.