Lütfi Zadənin cənazəsi Bakıya gətirilib - Foto

lutfi-zadenin-cenazesi-bakiya-getirilib
Oxunma sayı: 5252

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilib.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər veri ki, sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.