Tovuz sakinini ilan sancıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Humanlı kənd sakini, 2008-ci il təvəllüdlü Musayev Teymur Füzuli oğlunu əkin sahəsində ilan sancıb.
10 yaşlı oğlan Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər