“İrandakı əsas obyektləri bombalayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahı yaxınlığında jurnalistlərə açıqlamasında deyib.
Heqset bildirib ki, ABŞ ordusu əməliyyatlara hazırdır və İranla bağlı bütün variantlar masadadır.
Onun sözlərinə görə, həyata keçirilən və ya planlaşdırılan əməliyyatların məqsədi ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi mümkün razılaşma üçün şərait yaratmaqdır.
Heqset vurğulayıb ki, İranın diplomatik həll yolunu seçmək imkanı hələ də var və Vaşinqton danışıqlara açıqdır. O əlavə edib ki, Tehran razılaşma yolunu seçməzsə, ABŞ-nin alternativ planları mövcuddur.
ABŞ müdafiə naziri həmçinin ölkəsinin hərbi imkanlarına toxunaraq, lazım gəldiyi təqdirdə güc tətbiq etməyə hazır olduqlarını qeyd edib.
Heqset Hörmüz boğazının qlobal enerji təchizatında mühüm rol oynadığını xatırladaraq, ABŞ və müttəfiqlərinin bölgədəki vəziyyəti yaxından izlədiyini bildirib.
Onun sözlərinə görə, Vaşinqton tərəfdaşları ilə birlikdə boğazdan keçən enerji daşımalarının təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər