Xarici jurnalistlər Çingizin ətrafında izdiham yaratdı - Video

xarici-jurnalistler-cingizin-etrafinda-izdiham-yaratdi
Oxunma sayı: 5623

Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev müsabiqəyə ev sahibliyi edən İsrailin ayrı-ayrı şəhərlərində böyük maraqla qarşılanır.

“Qafqazinfo” xəbər verir ki, ötən gün yerli nümayəndə heyəti ilə Ölü dənizdə, bu gün isə Qüdsdə olan gənc ifaçı xarici media nümayəndələrinin diqqətini cəlb edib. Onlar Çingizdən müsahibə alıb, şəkil çəkdiriblər.

Qeyd edək ki, bu gün start götürəcək 64-cü “Eurovision” mahnı müsabiqəsində 17 ölkə təmsilçisi finala keçmək uğrunda mübarizə aparacaq. Ç. Mustafayev isə II yarımfinalda ölkəmizi “Truth” mahnısı ilə təmsil edəcək.