Sənətkarlar ailəsində dünyaya gəldiyindən rubrikamızın qonaqları siyahısında onun da yer almasını uyğun bildik.
Aparıcı və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub. 2007-2011-ci illərdə ATV-nin Bədii rəhbəri olub.
E. Əlibəyli İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Vidadi Əliyevin və aktrisa, xalq artisti Elmira İsmayılovanın oğlu, rejissor Oqtay Əliyevin qardaşıdır.
E. Əlibəyli ATV-də rejissor vəzifəsində çalışan Günel Şakirlə ailə həyatı qurub. Onların bir vaxtlar reklamların məşhur “Cinbala”sı Günçin Əlibəyli adlı qızları və Odər Əlibəyli adlı oğlanları var.
Nigar Məmmədli