Sabirabad rayon sakini Sadiq Şıxəliyevin evindən isə 8 kiloqramdan artıq marixuana tapılıb.
"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkədi kənd sakini S.Şıxəliyev saxlanılıb.
Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 118,750 kiloqram olan 81 ədəd çətənə kolu, evindən isə 8,010 kilorqam marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.