Məşhur türk aktyorları Bakıda

meshur-turk-aktyorlari-bakida
Oxunma sayı: 1146

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransında əsərin müəllifi, Xalq Yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və filmdə rol almış Azərbaycanın və Türkiyənin tanınmış sənət adamları iştirak ediblər. Tədbirdə çıxış edən xalq Yazıçısı Elçin bu romanı 30 il bundan əvvəl qələmə aldığını söyləyib: “Əgər bu əsər 30 ildən sonra hələ də öz aktuallığını itirməyibsə, sənət adamlarını maraqlandırırsa, bu, müəllif kimi məni sevindirməyə bilməz. İkinci sevindirici hal odur ki, film sevimli ölkəmiz Türkiyə ilə birlikdə çəkilir. Bu layihənin təşəbbüskarı Türkiyənin “24 Kare Film” şirkətidir. Onlar iki il bundan əvvəl mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 dəfə müxtəlif tərcümələrdə nəşr edilmiş, əsər əsasında diplom işləri yazılmış, dissertasiyalar müdafiə olunmuşdur. Bu işdə filimin ərsəyə gətirən insanlara hamısına uğurlar arzu edirəm. İnanıram ki, uğurlu bir iş olacaq”.

Daha sonra filmin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekin, Mahmud rolunun ifaçısı Aras Bulut, Məryəm rolunu canlandıracaq qazaxıstanlı aktrisa Eva Dedova, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, Azərbaycanın xalq artistləri Fəxrəddin Manafov, Ramiz Məlikov və başqa oyunçular da çıxış edərək belə bir ekran əsərində rol almalarından qürur duyduqlarını söyləyiblər.

Qeyd edək ki, “Mahmud və Məryəm” filmində Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, məşhur Amerika və ingilis aktirisa Kristina Krapela qonaq aktiyor, Cemal Hünal və başqaları rol alacaqlar. Azərbaycan və Türkiyə texniki heyətinin müştərək çalışdığı filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film təxminən 10 həftə ərzində çəkiləcəkdir. Ekran əsərində 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da vardır. Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyasının qurulduğu, 8 min kvadratmetrlik böyük bir yaylaqda çəkiləcək. Bu ekran əsərindəki kostyumlar üçün 13 min metr parçadan istifadə olunacaq.

“Mahmud və Məryəm” Azərbaycan, Türkiyə ilə yanaşı, Avropanın 9 ölkəsinin kinoteatrlarında, daha sonra televiziyada nümayiş olunacaq.

Onu da deyək ki, artıq sabahdan filimin çəkilişlərinə başlanılacaq.

Aynur Balamirzəqızı