Təhsil Nazirliyindən verilən xəbərə görə, Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.
GDU rektoru Yadigar Əliyevlə əlaqə saxlayan Moderator.az-ın əməkdaşı nazirin onu cəzalandırmasına münasibətini öyrənmək istəyib. Amma Yadigar Əliyev əvvəlcə nazirin qərarını şərh etmək istəsə də sonradan fikirindən daşınıb.
"Bəlkə danışmayam? Yox, danışmaq istəmirəm”-deyən rektor bunun ardınca telefonun dəstəyini asıb