1 yaşlı uşaq qızdırmadan öldü

1-yasli-usaq-qizdirmadan-oldu
Oxunma sayı: 771

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.