Amerikalı dünya ulduzu Beyons musiqi dünyasında daha bir tarixi rekorda imza atıb.
“Qafqazinfo” xəbər verir ki, 2027-ci il fevralın 7-də keçiriləcək 69-cu “Qremmi” mükafatlarının namizədləri açıqlanıb və sənətçi karyerası ərzində 100 nominasiya həddinə çatan ilk ifaçı kimi tarixə düşüb.
Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən Yaxşı Solo R&B Performansı” kateqoriyasında namizədlər siyahısına daxil edilib. Bu nominasiyada onun rəqibləri Kehlani (“Out The Window”), Viktoriya Mone (“Let Me”), Cill Skott (“Pressha”) və Tems (“What You Need”) olacaq.
Mükafatlandırma mərasiminin digər diqqətçəkən məqamı isə britaniyalı müğənni Reyin uğuru olub. O, bu il 11 nominasiya qazanaraq bir il ərzində qadın sənətçi üçün ən yüksək göstəriciyə imza atıb. Qeyd edək ki, ötən il Beyons də eyni sayda - 11 nominasiya ilə yadda qalmışdı.
Son xəbərlər
Son Xəbərlər