1200 km yol gedib Salahın oturduğu daşı öpdü - Video

1200-km-yol-gedib-salahin-oturdugu-dasi-opdu
Oxunma sayı: 467

Türkiyədə “Trabzonspor” azarkeşi misirlu ulduz futbolçu Məhəmməd Salahın dağlıq ərazidə oturduğu deyilən daşı görmək üçün 1200 kilometr yol qət edib.

“Qafqazinfo” xəbər verir ki, azarkeş Salahın oturduğu daşa çatdıqdan sonra futbolçuya olan heyranlığını qeyri-adi şəkildə nümayiş etdirib.

“Burada necə də möhtəşəm bir dünya ulduzu oturub. Mən burada otura bilmərəm, yalnız bu daşı öpə bilərəm”, - daşın qarşısında danışan azarkeş bildirib.

Daha sonra daşı öpən azarkeş bu yeri görmək üçün 1200 kilometr yol qət etdiyini söyləyib.