14 yaşlı oğlanı maşınla vurub öldürdü - Foto

14-yasli-oglani-masinla-vurub-oldurdu
Oxunma sayı: 1477

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.

Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı