Maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

masinlar-toqqusdu
Oxunma sayı: 447

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev