Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyə və Azərbaycan arasındakı sarsılmaz əlaqələri hədəf alan qərəzli kampaniyalara dair təcili xəbərdarlıq yayıb.
“Qafqazinfo” xəbər verir ki, mərkəzin sosial şəbəkə hesablarında yayımlanan rəsmi bəyanatda bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkə hesablarında iki ölkənin strateji müttəfiqliyini və “Tək millət, iki dövlət” prinsipini hədəf alan məqsədli məzmunların aşkar edildiyi bildirilib.
Açıqlamada sözügedən paylaşımların iki dost və qardaş ölkə arasındakı köklü əlaqələri zədələməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq bir qavrayış əməliyyatı olduğu vurğulanıb:
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlində yüksələn münasibətlərini hər sahədə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıqlar üzərindən manipulyativ bəyanatlarla ictimaiyyəti yanılmaq cəhdləri məqsədinə çata bilməyəcək. İctimaiyyətdən bu cür psixoloji müharibə xarakterli məzmunlara etibar etməmək, yalnız rəsmi mənbələrin açıqlamalarını diqqətə almaq xahiş olunur”.
Son xəbərlər
Son Xəbərlər