Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər

mayamideki-gorusu-vaxtindan-evvel-bitirdiler
Oxunma sayı: 491

Mayamidə ABŞ, Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri arasında keçirilən danışıqlar vaxtından əvvəl başa çatıb. 

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması və deeskalasiya yolları barədə bu gün üçün planlaşdırılan görüş baş tutmayacaq. 

Belə ki, oktyabrın 9 və 10-da Mayamidə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna, Avropa İttifaqı və NATO nümayəndələri ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair danışıqlar aparmalı idi. Oktyabrın 9-da planlaşdırılan görüş keçirilib. Danışıqların vaxtından əvvəl başa çatdırılmasının səbəbi açıqlanmayıb.